EvİdmanAzərbaycanda "Formula-1" Qran-Prisi üçün marşal qeydiyyatı başladı

Azərbaycanda “Formula-1” Qran-Prisi üçün marşal qeydiyyatı başladı

Daylinews-Az xəbər verir ki, “Formula-1” Azərbaycan Qran-Prisində iştirak edərək yarış atmosferini ən yaxın məsafədən hiss etmək istəyən və 21 yaşına çatmış şəxslər Marşal Proqramına qoşula bilərlər. Proqram çərçivəsində iştirakçılara beynəlxalq rəsmi lisenziya veriləcək.

Azərbaycan Avtomobil Federasiyası proqramı uğurla başa vuran hər bir marşalı, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən tanınan beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara təkcə Azərbaycanda deyil, həm də “Formula-1” Qran-Priləri və digər avtomobil yarışlarında iştirak imkanı yaradacaq.

Qeyd edək ki, ötən il Bakıda keçirilən Qran-Pridə təxminən 1 500 marşal çalışmış, onların 100-dən çoxu xarici ölkələrdən gəlmişdi. Qeydiyyat linki: bakucitycircuit.com/az/marshals.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər