Fransanın tanınmış futbol klubu Paris Sen-Jermen (PSJ), Portuqaliyalı futbolçular Diogu Jota və Andre Silvanın faciəli şəkildə vəfat etməsi ilə bağlı dərin hüznlə başsağlığı verib.
Daylinews-az.com xəbər verir ki, klub rəsmi sosial şəbəkə hesablarında paylaşım edərək, mərhum futbolçuların ailələrinə, yaxınlarına, eləcə də onların çıxış etdiyi klublara və Portuqaliya yığmasına başsağlığı ünvanlayıb.
PSJ-nin rəsmi açıqlaması: “Diogu Jota və onun qardaşı Andre Silvanın vəfatı xəbəri bizi dərindən sarsıtdı. Paris Sen-Jermen olaraq ailələrinə, yaxınlarına, ‘Liverpul’ klubuna və Portuqaliya millisinin bütün üzvlərinə səmimi başsağlığı verir, bu ağır anlarda onlarla həmrəy olduğumuzu bildiririk.”
Hadisənin detalları:
Faciəvi qəza İspaniyanın Samora bölgəsində, A-52 magistral yolunda baş verib. İlkin araşdırmalara əsasən, Jotanın idarə etdiyi Lamborghini markalı avtomobilin təkəri partlayıb, nəticədə maşın idarəetməni itirərək yoldan çıxıb, aşıb və yanıb. Qəza nəticəsində:
- “Liverpul”un hücumçusu Diogu Jota (28 yaş)
- “Penafiel” klubunun futbolçusu, onun qardaşı Andre Silva (25 yaş)
hadisə yerində həyatını itirib.
Diogu Jotanın futbol karyerası:
Jota müxtəlif liqalarda və tanınmış klublarda çıxış edib:
- Paços de Ferreira, Portu (Portuqaliya)
- Atletiko Madrid (İspaniya)
- Vulverhempton, Liverpul (İngiltərə)
O, Portuqaliya millisində 49 oyuna çıxıb və bu görüşlərdə 14 qol vurub. Diogu Jota həmçinin Millətlər Liqasının qalibi olmuşdu. Qeyd edək ki, PSJ hazırda 1xBet sponsorluğu ilə beynəlxalq turnirlərdə çıxışlarını davam etdirir.
Eləcə də, yaxın günlərdə yazmışdıq ki, “Liverpul”un hücumçusu Diogu Jotanın iştirakı ilə baş vermiş dəhşətli qəzanın videosu yayımlanıb.





