Tailandın Puket şəhərində keçirilən muay tay üzrə “Patonq” peşəkar liqasında çıxış edən Azərbaycanlı idmançı Ceyran Əkbərova uğurlu çıxışını davam etdirir.
Daylinews-az.com xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan və “Qara almaz” ləqəbi ilə tanınan Əkbərova artıq iki döyüş keçirmiş və hər iki qarşılaşmada qələbə qazanmışdır.
Döyüşlərin detalları:
- İlk qarşılaşma 3-cü raundda nokautla başa çatıb.
- Hər iki döyüş 5 raunddan ibarət olub.
- Rəqiblər yerli Tailand idmançıları olub.
- İdmançının şəxsi məşqçisi Pərvin Hüseynov döyüşlərdən razılığını bildirib.
Qeyd edək ki, Avropa çempionatının mükafatçısı olan Ceyran Əkbərova mayın 1-dən etibarən Tailandda təlim-məşq toplanışındadır. Hazırlıq prosesi noyabrda Dubayda keçiriləcək Dünya Çempionatına yönəlib.





