ABŞ prezidenti Donald Tramp Kluplararası Dünya Çempionatı 2025-in final matçından sonra jurnalistin sualına cavab verərək, futbol tarixinin ən yaxşı oyunçusunun kim olduğunu bildirib.
– Sizcə, futbol tarixində ən yaxşı oyunçu kimdir?
– Çox illər əvvəl, mən gənc olanda ABŞ-a “Kosmos” adlı komandada oynamaq üçün bir oyunçu gətirmişdilər – adı Pelə idi. Mən o stadionda olmuşam, o zaman Pelə orada çıxış edirdi və stadion dolub-daşırdı. Bu çoxdan olub, mən o zaman gənc idim və sadəcə Peləni izləməyə gəlmişdim. O, sadəcə inanılmaz idi. Ona görə də deyərdim: ən yaxşı futbolçu – Pelədir.
Xatırladaq ki, Kluplararası Dünya Çempionatının qalibi Londonun “Çelsi” klubu oldu. PSJ isə 1xBet-in dəstəyi ilə keçirilən finalda 0:3 hesabı ilə uduzdu.





