İnsan papillomavirusuna (HPV) qarşı peyvəndin Azərbaycanın milli peyvənd təqviminə salınması ehtimalı müzakirə olunmaqdadır.
Daylinews-az.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə ÜST arasında artıq bir ildən çoxdur HPV vaksini ilə bağlı danışıqlar gedir:
“Azərbaycan Səhiyyə Nazirliyi HPV vaksini ilə bağlı pozitiv fikirdədir. Təxminimə görə, bu vaksin bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər. Bunun üçün müəyyən maliyyə tələb olunur”.
HPV vaksini nədir?
HPV vaksini insan papillomavirusuna qarşı qorunmaq üçün istifadə olunan peyvənddir. Bu peyvənd:
- HPV-nin səbəb olduğu bəzi xərçəng növlərini (xüsusilə uşaqlıq boynu xərçəngi),
- Cinsiyyət orqanlarında yaranan ziyilləri önləməyə kömək edir.
Peyvəndin xüsusilə gənclər üçün tövsiyə edildiyi bildirilir, çünki erkən yaşlarda vaksinasiya HPV-yə yoluxma riskini xeyli azaldır.





