Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu il ərzində apardığı növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış məntəqələrində satılan yerli istehsallı dondurma məhsullarını yoxlamaq üçün 50 nümunə toplayaraq müvafiq laboratoriyalara göndərib.
Daylinews-az.comun xəbərinə əsasən, bu barədə AQTA rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunub ki:
- Aparılan laborator analizlər nəticəsində təqdim olunan dondurma nümunələrində
- Təhlükəsizlik göstəricilərinə uyğun olmayan heç bir hal qeydə alınmayıb.
Başqa sözlə, müayinə olunan dondurma məhsullarının heç birində insan sağlamlığı üçün zərərli amillər müəyyən edilməyib.






