EvCəmiyyətCərimə meydançası xərclərinin geri qaytarılması qaydası təsdiqlənib

Cərimə meydançası xərclərinin geri qaytarılması qaydası təsdiqlənib

Azərbaycanda mühafizə olunan duracaqlara aparılan nəqliyyat vasitələri ilə bağlı yeni qaydalar təsdiqlənib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, müəyyən hallarda avtomobilin duracağa gətirilməsi və saxlanılması üçün ödənilmiş vəsait nəqliyyat vasitəsinin sahibinə geri qaytarılacaq.

Yeni qaydalar ölkə ərazisində fəaliyyət göstərən bütün mühafizə olunan duracaqlara şamil edilir.

Qaydaya əsasən, vəsait aşağıdakı hallarda sahibinə qaytarılır:

  • 2.1.1. nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə;
  • 2.1.2. inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə.

Bununla yanaşı, 2.1.1 və 2.1.2-ci yarımbəndlər üzrə qəbul edilən qərar barədə nəqliyyat vasitəsinin sahibinə məlumat rəsmi qaydada çatdırıldıqdan sonra avtomobilin duracaqda saxlanıldığı müddət üçün hesablanan ödəniş geri qaytarılmır.

Ödənişin geri alınması üçün nəqliyyat vasitəsinin sahibi duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında protokolu (elektron protokol) və ya inzibati tənbeh haqqında qərarı (elektron qərarı) qəbul etmiş orqana (vəzifəli şəxsə) təsdiq edilmiş forma üzrə ərizə təqdim etməlidir.

Ərizəyə baxıldıqdan sonra qəbul edilən qərardan narazı qalan şəxs inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər