EvİdmanMehriban Əliyeva gümüş medal qazanan paraüzgüçü Raman Salehi təbrik etdi

Mehriban Əliyeva gümüş medal qazanan paraüzgüçü Raman Salehi təbrik etdi

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında gümüş medal qazanan azərbaycanlı paraüzgüçü Raman Salehi təbrik edib.

Bu barədə o, rəsmi Instagram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Gümüş medal! Paraüzgüçü Raman Saleh “Paris-2024″ Yay Paralimpiya Oyunlarında Azərbaycanı ləyaqətlə təmsil etdi! İdmançımızı səmimi qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”

Əlaqəli Məqalələr

Populyar Xəbərlər