Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri bu gün Rusiya ordusunun kütləvi hava hücumlarına məruz qalıb.
Daylinews-az.com-un Reporta istinadən verdiyi xəbərə görə, hücumlar nəticəsində Kiyevin Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar qeydə alınıb.
Xüsusilə diqqətçəkən məqamlardan biri odur ki, raket zərbələrindən biri Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi binanın yaxınlığına endirilib. Hücum nəticəsində səfirliyin ətrafında yerləşən tikililər zərər görüb.
Hazırda ölən və yaralananlar olduğu bildirilsə də, rəsmi qurumlar tərəfindən insan itkisi və dağıntıların dəqiq miqyası barədə məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar gözlənilir.





