2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli futbol komandasının Fransa yığması ilə qarşılaşacağı stadion müəyyənləşdirilib. Daylinews-az.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Matçların cədvəli
- Azərbaycan – Fransa:
- Tarix: 16 noyabr 2025
- Saat: 21:00
- Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu
- Qrup: D qrupu, son tur
- Azərbaycan – Ukrayna:
- Tarix: 9 sentyabr 2025
- Saat: 20:00
- Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu
- Azərbaycan – İslandiya:
- Tarix: 13 noyabr 2025
- Saat: 21:00
- Məkan: “Neftçi Arena”
Əlavə məlumat
Əvvəllər Azərbaycan – Fransa matçının paytaxtda keçirilməyəcəyi və Gəncə şəhər stadionunun potensial məkan kimi nəzərdə tutulduğu barədə iddialar ortaya çıxmışdı. Lakin UEFA-nın rəsmi açıqlaması ilə matçın Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi təsdiqlənib.konkret.az





