EvKriminalDTX imtahanlarda texniki fırıldaqçılıq edən şəbəkəni ifşa edib

DTX imtahanlarda texniki fırıldaqçılıq edən şəbəkəni ifşa edib

Ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticə əldə etmək üçün texnoloji vasitələrdən istifadə edən bir şəbəkə ifşa olunub. Abituriyentlərə mikroqulaqlıq, mikrokamera, mini-telefon, naqil, “Mi-Fi” router kimi gizli texniki avadanlıqlar təqdim edən bu qrup müəyyənləşdirilərək saxlanılıb.

Daylinews-az.comun məlumatına görə, bu şəxslər Dövlət İmtahan Mərkəzinin müraciətindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tutulub. Faktla bağlı DTX-də cinayət işi açılıb.

Hadisə ilə bağlı məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şəxsi sosial şəbəkə hesabında yayıb.

Qeyd olunub ki, bu qanunsuz fəaliyyət nəticəsində bəzi abituriyentlərin imtahan nəticələri ləğv edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər