Bakı Metropoliteni iyulun 30-da UEFA Çempionlar Liqasında keçiriləcək “Qarabağ” – “Şelburn” oyunu ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.
Daylinews-az.comun məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC rəsmi açıqlama yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyuna böyük azarkeş marağı gözlənildiyindən, metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qatarların hərəkəti yay cədvəlinə uyğun davam edəcək. Eyni zamanda, ehtiyac yaranacağı təqdirdə xəttə buraxmaq üçün ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.





