Azərbaycan cüdo komandası Dünya Cüdo Turunun ümumi reytinq sıralamasında 9-cu yeri qoruyub saxlayır.
Daylinews-az.comun məlumatına görə, idmançılarımız cari ilin əvvəlindən etibarən “Böyük Dəbilqə” (Grand Slam) turnirləri çərçivəsində ümumilikdə:
- 4 qızıl,
- 4 gümüş,
- 5 bürünc medal əldə ediblər.
Bu nəticə Azərbaycanı Cənubi Koreya, Almaniya, İtaliya, Macarıstan və digər ölkələrin önünə çıxarmağa imkan verib. Dünya Cüdo Turunun reytinq cədvəlinə isə Yaponiya liderlik edir – bu ölkənin aktivində 28 qızıl, 22 gümüş və 22 bürünc medal var.
İlk üçlükdə digər ölkələr belə sıralanır:
- 2-ci yer: IJF (Beynəlxalq Cüdo Federasiyası) bayrağı altında çıxış edən cüdoçular – 13 qızıl, 12 gümüş, 18 bürünc
- 3-cü yer: Fransa – 12 qızıl, 9 gümüş, 21 bürünc





