EvSiyasətKürdəmir rayonunda yolların təmirinə 1,5 milyon manat vəsait ayrılıb - SƏRƏNCAM

Kürdəmir rayonunda yolların təmirinə 1,5 milyon manat vəsait ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi magistral yolunu Kürdəmir rayonundakı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə əlaqələndirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər barədə sərəncam imzalamışdır.

daylinews-az-nın məlumatına görə, sərəncama uyğun olaraq, Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi magistralını on iki min sakinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində qeyd olunan məbləğin ilkin mərhələdə 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər