“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Levski” komandasına 1:0 hesabı ilə məğlub olub. Görüş Sofiyada, Georgi Asparuhov stadionunda keçirilib. Yeganə qol matçın 90+8-ci dəqiqəsində Borislav Rupanov tərəfindən vurulub.
Cavab qarşılaşması 14 avqust tarixində “Alinja Arena”da baş tutacaq. Bu cütün qalibi pley-off mərhələsində AZ Alkmaar (Niderland) – Vaduz (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.





