EvİdmanRƏSMİ: “Qızıl top” mükafatına namizəd olan bütün futbolçular açıqlandı

RƏSMİ: “Qızıl top” mükafatına namizəd olan bütün futbolçular açıqlandı

Fransada keçiriləcək “Qızıl top” mükafatı üçün 30 namizədin tam siyahısı rəsmi olaraq təqdim edilib. Qalib 22 sentyabr tarixində Parisdə elan olunacaq. Hazırkı mükafat sahibi “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodridir.

2025-ci il üçün “Qızıl top”a namizədlər:

  • Canluici Donnarumma (PSJ)
  • Usman Dembele (PSJ)
  • Cud Bellingem (Real Madrid)
  • Dezire Due (PSJ)
  • Erlinq Holand (Mançester Siti)
  • Viktor Dyokereş (Sportinq / Arsenal)
  • Əşrəf Hakimi (PSJ)
  • Harri Keyn (Bavariya)
  • Xviça Kvaratsxeliya (PSJ)
  • Robert Levandovski (Barselona)
  • Aleksis Makkalister (Liverpul)
  • Lautaro Martinez (İnter)
  • Skott MakTominay (Napoli)
  • Kilian Mbappe (Real Madrid)
  • Nunu Mendəş (PSJ)
  • Joau Neveş (PSJ)
  • Pedri (Barselona)
  • Koul Palmer (Çelsi)
  • Maykl Olise (Bavariya)
  • Rafinia Dias (Barselona)
  • Deklan Rays (Arsenal)
  • Fabian Ruis (PSJ)
  • Vircil van Deyk (Liverpul)
  • Vinisius Junior (Real Madrid)
  • Məhəmməd Salah (Liverpul)
  • Florian Virts (Bayer / Liverpul)
  • Vitinya (PSJ)
  • Lamin Yamal (Barselona)
  • Denzel Dyumfris (İnter)
  • Seru Girassi (Borussiya Dortmund)

Əsas favoritlər kimi Usman Dembele, Məhəmməd Salah və Lamin Yamal göstərilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər