EvCəmiyyətBakıda həkimin qeyri-etik davranışı: Liposaksiya zamanı rəqs və “qılınc oyunu”

Bakıda həkimin qeyri-etik davranışı: Liposaksiya zamanı rəqs və “qılınc oyunu”

Bakıda liposaksiya əməliyyatı zamanı qeyri-peşəkar davranış görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Daylinews-az.com-un məlumatına görə, sosial şəbəkədə yayılan videoda Gülbadə Abdullayeva və həmkarlarının narkoz altında olan pasiyentin yanında əməliyyat alətləri ilə rəqs edərək “qılınc-qılınc” oyunu oynadıqları əks olunub. Pasiyentin açıq bədəninin videoda göstərilməsi isə həm konfidensiallıq prinsipinin, həm də pasiyentin hüquqlarının pozulması kimi qiymətləndirilib. Bu görüntülər ictimaiyyətdə ciddi narazılıq doğurub.

Rəsmi açıqlama

Daylinews-az.com-un əməkdaşı məsələ ilə bağlı Gülbadə Abdullayeva ilə əlaqə saxlamağa çalışsa da, onun iş yeri kimi qeyd olunan “Dost Estetik Mərkəzi”nin gələcək mətbuat katibi Fatimə Əliyeva açıqlama verib:

“Dost Estetik Mərkəzi hələ fəaliyyətə başlamayıb. Mən isə rəsmi təsdiqlənəndən sonra İctimaiyyətlə əlaqələr şöbəsində çalışacağam. Gülbadə xanım həm də mənim çox yaxın rəfiqəmdir. Həmin videoda kollektiv uğurlu tibbi əməliyyatı sevinərək qeyd edir. O proses ‘Uğur Estetik Mərkəzi’ndə olub. Həmin video Gülbadə həkim işdən çıxdıqdan sonra onu cəmiyyətin gözündən salmaq üçün qurulan oyundur. Gülbadə həkim oradakı saxtalıqlara görə işindən çıxıb. Gülbadə həkim ‘Uğur Estetik Mərkəzi’ndə bəzi şəxsləri işindən azad etdirdiyinə görə onlar belə qisas alırlar. Onun əvvəllər saç ustası olması iddiasına gəlincə, Gülbadə həkim Türkiyədə təhsil alıb. Səhiyyə Nazirliyi araşdırıb, diplomu və fəaliyyəti ilə tanış ola bilər.”

Fatimə Əliyeva əlavə edib ki, “Dost Estetik Mərkəzi”nin 12 min izləyicisi olan sosial şəbəkə səhifəsi və orada yayımlanan videolar da “Uğur Estetik Mərkəzi”ndəki şəxslər tərəfindən yaradılıb. Qeyd olunub ki, bu səhifədə yalnız tibbi prosedurların qiymətləri göstərilir və təhdid xarakterli görüntülərə rast gəlinməyib. Fatimə Əliyevanın əlaqə nömrəsi də həmin səhifədən əldə edilib.

Araşdırma və ictimai reaksiya

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib. Görüntüləri sosial şəbəkədə jurnalist Pərvin Abışova paylaşıb, bu da ictimaiyyətin diqqətini daha da artırıb. Pasiyentin konfidensiallıq hüquqlarının pozulması və qeyri-etik davranış iddiaları ciddi müzakirələrə səbəb olub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər