Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılacaq.
Daylinews-az xəbər verir ki, bu dəyişiklik Vergi Məcəlləsinə təklif olunan yenilikdə öz əksini tapıb. Hazırkı qanuna əsasən, bu tip doldurucuların idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.
Yeni təklifə əsasən, azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq.