2026-cı ildə baş tutacaq dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin payız oyunlarına start verilir.
daylinews-az.com xəbər verir ki, bu gün ümumilikdə səkkiz qarşılaşma oynanılacaq.
Matçlar A və E qruplarında ilk tur, J və G qruplarında isə beşinci tura təsadüf edir. Turnirin ilk mərhələsində Türkiyə millisi səfərdə Gürcüstanla qarşılaşacaq. İspaniya seçməsi isə Bolqarıstan meydanında mübarizə aparacaq.
Almaniya komandası Slovakiyanın qonağı olacaq, Niderland millisi isə doğma meydanda Polşanı qəbul edəcək.
Azərbaycan yığması isə ilk oyununu sabah keçirəcək. Millimiz seçmə mərhələdə İslandiya ilə səfərdə üz-üzə gələcək. Qarşılaşma saat 22:45-də start götürəcək.
📅 DÇ-2026 Avropa seçmə mərhələsi — 4 sentyabr oyunları:
J qrupu
- 18:00 — Qazaxıstan vs Uels
- 22:45 — Lixtenşteyn vs Belçika
E qrupu
- 20:00 — Gürcüstan vs Türkiyə
- 22:45 — Bolqarıstan vs İspaniya
G qrupu
- 20:00 — Litva vs Malta
- 22:45 — Niderland vs Polşa
A qrupu
- 22:45 — Slovakiya vs Almaniya
- 22:45 — Lüksemburq vs Şimali İrlandiya





