Sentyabrın 5-də Azərbaycanda hava şəraitinin ümumi durumu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, bəzən qatı buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ancaq gecə və səhər bəzi ərazilərdə zəif duman və çiskin, gündüz isə ayrı-ayrı yerlərdə qısamüddətli yağış və şimşək ehtimalı mövcuddur. Külək səhər cənub-şərqdən əsəcək, gündüz şimal-qərb istiqamətinə dönəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % səviyyəsində olacaq. Azərbaycanın rayonlarında hava necə olacaq? Ölkənin rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış, şimşək və qısamüddətli leysan xarakterli yağıntı, hətta dolu düşməsi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə oluna bilər. Külək mülayim şərqdən əsəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlıq ərazilərdə gecə 10-15 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.





