Futbol üzrə Azərbaycan Kubokunun yeni mövsüm püşkatma mərasimi baş tutub.
Daylinews-az.com-un məlumatına görə, tədbirdə əvvəlcə Peşəkar Futbol Liqasının Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev çıxış edib. O, qurum adından “Qarabağ” klubunu Çempionlar Liqasındakı tarixi qələbəsi münasibətilə təbrik edib.
Onun sözlərinə görə, ardıcıl üçüncü mövsümdür ki, yarışda 34 komanda iştirak edir. İlk mərhələdə II Liqa klubları mübarizəyə başlayacaq.
PFL-in Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasov isə komanda reytinqlərinə əsasən iştirakçıların 4 səbətə bölündüyünü açıqlayıb. O əlavə edib ki, 1/4 finaldan etibarən oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Abbasov həmçinin II təsnifat mərhələsində ev sahibi klubun stadionu standartlara uyğun gəlmədiyi halda oyun yerinin dəyişdiriləcəyini bildirib.
Daha sonra tədbirin xüsusi qonağı — şahmat üzrə yeniyetmələr arasında Avropa və dünya çempionu Aydın Süleymanlı püşkatmanı həyata keçirib.
Püşkün nəticələri aşağıdakı kimidir:
I təsnifat mərhələsi
- “Göygöl” – “Şəmkir”
- “Şəki” – “Araz Saatlı”
- “Qaradağ Lökbatan” – “Ağdaş”
- “Dinamo” – “Kür-Araz”
- “Ağstafa Gəncləri” – “Şirvan”
- “Quba” – “Xankəndi”
II təsnifat mərhələsi
- “Səbail” – “Şamaxı”
- “Göygöl”/”Şəmkir” qalibi – “Baku Sportinq”
- “Karvan-Yevlax” – “Şəki”/”Araz Saatlı” qalibi
- “Qaradağ Lökbatan”/”Ağdaş” qalibi – “İmişli”
- “Qəbələ” – “Mingəçevir”
- “Cəbrayıl” – “Şəfa”
- “Şimal” – “Şahdağ Qusar”
- “Dinamo”/”Kür-Araz” qalibi – “Turan Tovuz”
- “Kəpəz” – “Ağstafa Gəncləri”/”Şirvan” qalibi
- “Quba”/”Xankəndi” qalibi – “Difai”
- “Zaqatala” – “Sumqayıt”
- “Neftçi” – MOİK





