Payız-qış mövsümünə uyğun olaraq Bakı–Qəbələ–Bakı sərnişin qatarının hərəkət qrafiki yenilənib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
11 oktyabrdan etibarən qatarın hərəkəti aşağıdakı qaydada olacaq:
- Bakıdan Qəbələyə yalnız şənbə günləri;
- Qəbələdən Bakıya isə yalnız bazar günləri.
Haradan məlumat almaq olar
Bilet və qrafik barədə məlumatı dəmir yolu vağzallarının kassalarından, www.ady.az saytından, ADY Mobile tətbiqindən və ya 24/7 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən əldə etmək mümkündür.





