Sabah İmişli rayonunun bir neçə kəndində qazın verilişi müvəqqəti olaraq kəsiləcək.
Daylinews-az.com-un məlumatına görə, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bildirib ki, diametri 200 mm olan PE “Qaraqaşlı kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və ondan ayrılan qollarda kiplik sınağı aparılacaq.
Bununla əlaqədar sentyabrın 19-da saat 10:00-dan etibarən sınaq işləri tamamlananadək aşağıdakı kəndlərdə qaz təchizatı dayandırılacaq:
- Xoşçobanlı
- Murğuzallı
- Mürsəlli
- Qaraqaşlı
Ümumilikdə 912 abonent bu prosesdən müvəqqəti olaraq təsirlənəcək.





