EvCəmiyyət"Bakı Taksi Xidməti" hava limanındakı xidmətlə bağlı açıqlama verdi

“Bakı Taksi Xidməti” hava limanındakı xidmətlə bağlı açıqlama verdi

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərindən istifadə edən sərnişinlər artıq daha rahat və şəffaf ödəniş imkanına malikdirlər.

Daylinews-az.com-un məlumatına görə, “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev report-a açıqlamasında bildirib ki, hava limanında fəaliyyət göstərən şirkət həm yerli vətəndaşlara, həm də ölkəyə gələn qonaqlara yüksək səviyyəli xidmət göstərmək məqsədilə minik avtomobillərini taksometr və ödəniş terminalları ilə təchiz edib.

Onun sözlərinə görə, bu sistem sərnişinlərə xidmət haqqını nağdsız qaydada, rahat və şəffaf formada ödəmək imkanı verir. Həmçinin, hava limanının sərnişin gözləmə zalında yerləşdirilən elektron tabloda şəhərin tanınmış hotellərinə və obyektlərinə gediş qiymətləri, eləcə də Azərbaycan manatının müxtəlif valyutalara qarşı ekvivalentləri əks olunur.

Fuad Əliyev əlavə edib ki, sərnişinlər istənilən ünvana gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə və elə oradaca ödəniş terminalından istifadə etməklə ödənişi həyata keçirə bilirlər. O vurğulayıb: “Şirkət bundan sonra da müştərilərin rahatlığını və şəffaflığını təmin etmək üçün yeni texnoloji həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər