EvTexnologiyalarOpenAI açıqladı: ChatGPT indi daha çox şəxsi işlər üçün istifadə olunur

OpenAI açıqladı: ChatGPT indi daha çox şəxsi işlər üçün istifadə olunur

OpenAI ilk dəfə ChatGPT-dən istifadəyə dair geniş ictimai hesabat təqdim edib. Rəqəmlər göstərir ki, istifadəçilərin vərdişləri dəyişib və süni intellektə müraciətlərin əksəriyyəti artıq işdən çox şəxsi məqsədlərlə bağlıdır.

Əsas rəqəmlər

  • Həftəlik auditoriya: 700 milyon aktiv istifadəçi
  • İş üçün müraciətlər: keçən il 50% idi, indi cəmi 25%
  • Şəxsi məqsədlər: 27%-ə qədər artıb
  • Əsas sorğu mövzuları: gundəlik təlimatlar, məlumat axtarışı və mətnlərin yaradılması/redaktəsi (ümumi dialoqların 80%-i)

İstifadəçi portreti

  • 46% istifadəçi – 30 yaşdan aşağı
  • 52% – qadınlar, 48% – kişilər
  • Münasibətlər və şəxsi həyat mövzuları – dialoqların 1.9%-i
  • “Rol oyunu” tipli söhbətlər – 0.4% (bəzən ChatGPT-yə “süni intellekt sevgilisi” kimi yanaşılır)

Dəyişən tendensiyalar

Tədqiqatçılar qeyd edirlər ki, ChatGPT auditoriyası hər il fərqli istiqamətlərdə dəyişir və istifadə sahələri daha da müxtəlifləşir.

Xatırladaq ki, ilk versiyası 2022-ci ilin sonunda təqdim olunan ChatGPT daim təkmilləşdirilir. 2025-ci ilin avqustunda OpenAI yeni nəsil modeli – ChatGPT 5-i istifadəyə verib. Müəlliflərin sözlərinə görə, bu modeli istifadə etmək elə bil elmlər namizədi ilə söhbət etmək kimidir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər