EvHadisəABŞ-da qəzaya uğrayan təyyarədə Azərbaycan çempionu olub

ABŞ-da qəzaya uğrayan təyyarədə Azərbaycan çempionu olub

Keçmiş fiqurlu konkisürmə çempionu Aleksandr Kirsanov ABŞ-da baş verən təyyarə qəzasında həyatını itirib. O, Vaşinqtonda qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olub.

Daylinews-Az xəbər verir ki, bu məlumatı ABC telekanalına Kirsanovun həyat yoldaşı Nataliya Qudina təsdiqləyib.

“Mən hər şeyimi itirdim. Həyat yoldaşımı, tələbələrimi, dostlarımı…” – deyə o, bildirib.

Aleksandr Kirsanov kim idi?

A.Kirsanov fiqurlu konkisürmə üzrə Rusiya, Azərbaycan və ABŞ yığmalarında çıxış edib. O, 1997/98-ci il mövsümündə Rusiyanı təmsil edərək Gənclərarası Qran Pri yarışında ikinci yerin sahibi olub. 1999/2000-ci il mövsümündə isə Azərbaycan çempionu adını qazanıb.

ABŞ-da baş verən aviasiya qəzası

Xatırladaq ki, 29 yanvar axşam saatlarında ABŞ-ın American Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə ABŞ Ordusuna məxsus Black Hawk tipli hərbi helikopter Vaşinqton yaxınlığında havada toqquşub.

  • Təyyarə Kanzas ştatından uçuş həyata keçirirdi və göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü var idi.
  • Helikopterdə isə ən azı 3 hərbi qulluqçu olub.
  • Toqquşmadan sonra hər iki hava nəqliyyatı vasitəsi Potomak çayına düşüb.
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər