Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından qaz və kondensat satışından 416,174 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu, illik müqayisədə 2,8 dəfə azalma deməkdir.
ARDNF-dən APA-Economics-ə verilən məlumata əsasən, Fondun Şahdəniz yatağından kondensat satışından əldə etdiyi gəlirlər (01.01.2024 – 01.11.2024 tarixinə) 115,409 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.
Xatırladaq ki, keçən il ARDNF “Şahdəniz” yatağından 1 308 milyon ABŞ dolları həcmində gəlir əldə etmişdi, bu da illik müqayisədə 9,4% azalma deməkdir. Fondun 2023-cü ildə kondensat satışından gəliri 324,396 milyon ABŞ dolları olub, bu da 1,3% azalma göstərir.