ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampı açıq şəkildə dəstəkləyən SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Maskın sərvəti son günlərdə əhəmiyyətli dərəcədə artıb. Tesla şirkətinin səhmlərinin təxminən 15% bahalaşması nəticəsində Maskın sərvəti 26,5 milyard dollar çoxalıb.
Daylinews-az-Economics xəbər verir ki, Bloomberg Billionaires Index (Bloomberg Milyarderlər İndeksi) məlumatlarına əsasən, Maskın ümumi sərvəti 290 milyard dollara çatıb və bu nəticə ilə o, siyahıda birinci yerdə qalmaqdadır.
Dünyanın ən zəngin insanları sıralamasında ikinci yerdə 228 milyard dollarlıq sərvətlə Amazon şirkətinin yaradıcısı Cef Bezos gəlir. Üçüncü pillədə isə 202 milyard dollarlıq sərvətlə Meta (keçmiş Facebook) korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşıb.