EvİdmanAzərbaycan güləşçiləri Türkdilli Universiadada 8 medal qazandı

Azərbaycan güləşçiləri Türkdilli Universiadada 8 medal qazandı

Azərbaycan idmançıları Qırğızıstanın Çolpon-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasının güləş turnirində cəmi 8 medal əldə etdi.

Güləş Federasiyasının məlumatına görə, “Ruh Ordo” mədəniyyət mərkəzində keçirilən müsabiqələrdə son gün 6 çəkidə rəqabət davam edib. Bu gün 4 Azərbaycan güləşçisi fəxri pəncərəyə çıxmağı bacardı. Yunan-Roma güləşində Roman Kərimov (67 kq) qızıl, sərbəst güləşdə isə Əşrəf Aşırov (86 kq) və Yusif Dursunov (125 kq) qızıl medal qazandı. Eyni zamanda sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) gümüş medalla mükafatlandırıdı.

Nəticədə Azərbaycan heyəti turniri 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurdu. Əvvəlki gün Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətov (74 kq) və Cavad Məmmədov (77 kq) isə bürünc medal əldə etmişdi. Ümumilikdə 12 idmançı ilə iştirak etdiyimiz bu üçüncü Universiadada güləşlə yanaşı cüdo və şahmat kimi idman növləri də yer alıb.

Yekunda yunan-Roma güləşi milli komandamız 1-ci, sərbəst güləş yığması isə 2-ci yerlə məmnun oldu.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər