Fernandu Santuşun millidən ayrılmasından sonra Ayxan Abbasova tapşırılan Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə kimin təyin olunacağı yaxın günlərdə bəlli olacaq. Daylinews-az.com-un əldə etdiyi məlumata görə, AFFA İcraiyyə Komitəsinin iclası növbəti iki-üç həftə ərzində təşkil olunacaq.
Hazırda komandaya rəhbərlik edən Ayxan Abbasovun bu vəzifədə qalması gözlənilir. İclas başa çatdıqdan dərhal sonra Azərbaycan millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim olunacaq.





