17 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azər Qasımovun dövlət başçısının mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Daylinews-Az xəbər verir ki, rəsmi sənəd AZƏRTAC tərəfindən yayımlanıb.
Sərəncamın mətnində bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilsin.”





