EvSiyasətAzərbaycan UNESCO-nun komitəsinə üzv seçilib

Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib

Azərbaycan UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında 2025–2029-cu illər dönəmi üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və qanunsuz mənimsənilmə hallarının bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib. Bu barədə məlumatı Xarici İşlər Nazirliyi sosial media hesablarında yayıb.

Seçkilər Özbəkistanın Səmərqənd şəhərində keçirilən konfrans çərçivəsində baş tutub. Azərbaycanın bu mövqeyi mədəni irsin qorunması və bərpasına dair beynəlxalq səviyyədə aktiv təşəbbüslərinin yüksək dəyərləndirilməsi kimi qiymətləndirilir.

Bu üzvlük Azərbaycanın mədəni əmlakın qorunması sahəsindəki prinsipial mövqeyini daha da gücləndirəcək və beynəlxalq əməkdaşlığı dərinləşdirəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər