EvSiyasətAzərbaycan və Qazaxıstan XİN başçıları geniş tərkibdə görüş keçirdi

Azərbaycan və Qazaxıstan XİN başçıları geniş tərkibdə görüş keçirdi

Astana şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu arasında geniş tərkibdə görüş baş tutub. Daylinews-Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində mövcud olan məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrin əsas mövzularından biri də BMT, İƏT, TÜRKPA, MİƏT kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi olub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər