EvİqtisadiyyatAzərbaycana idxal edilən köhnə minik avtomobillərinə tətbiq olunan aksiz dərəcəsi artırılacaq

Azərbaycana idxal edilən köhnə minik avtomobillərinə tətbiq olunan aksiz dərəcəsi artırılacaq

2026-cı ildən etibarən Azərbaycana istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinin idxalı zamanı aksiz vergisi daha yüksək tətbiq olunacaq. Bu dəyişiklik Vergi Məcəlləsində nəzərdə tutulan yeniliklərlə öz əksini tapıb.

Hazırda minik avtomobillərinin mühərrik həcminə əsasən aksiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:

  • 2000 kubsantimetrədək mühərrik həcmi üçün hər kubsantimetrə 0,30 manat,
  • 2001-3000 kubsantimetr arasında 600 manat baza məbləğ + hər kubsantimetr üçün 5 manat,
  • 4001-5000 kubsantimetr arasında 18 600 manat baza məbləğ + hər kubsantimetr üçün 35 manat,
  • 5000 kubsantimetrdən yuxarı mühərriklərdə 53 600 manat baza + hər kubsantimetr üçün 70 manat.

Həmçinin 3000 kubsantimetrdən yuxarı mühərrikli və 3 ildən köhnə avtomobillər üçün də fərqli hesablamalar mövcuddur. Məsələn, 3001-4000 kubsantimetr arası üçün bazaya əlavə 15 manat, 4001-5000 kubsantimetr arası üçün 40 manat, 5000 kubsantimetrdən yuxarı mühərriklər üçün isə 80 manat əlavə olunur.

2025-ci ildə istehsal tarixi 7 ildən çox olan avtomobillərə ötən dövrdə benzində 1,2, dizelda isə 1,5 əmsalı ilə əlavə aksiz tətbiq edilirdi. Lakin yeni layihə ilə bu göstəricilər artırılıb: 2026-cı ilin yanvarından başlayaraq 7 ildən artıq köhnə olan minik avtomobillərində benzində aksiz faizi 1,5-ə, dizeldə isə 2-yə yüksəldiləcək.

Bu addımın məqsədi idxal edilən köhnə avtomobillərin sayını azaltmaq, yerli bazarı qorumaq və ekoloji balansı təmin etməkdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər