EvSiyasətAzərbaycanda Konstitusiya Günüdür: Ana Qanunumuza 30 il

Azərbaycanda Konstitusiya Günüdür: Ana Qanunumuza 30 il

Bu gün Azərbaycan Respublikasının dövlət quruculuğunda mühüm yer tutan – Konstitusiyanın qəbul edilməsinin ildönümüdür. Hazırda qüvvədə olan Konstitusiya 30 il əvvəl, 1995-ci il 12 noyabrda ümumxalq referendumu ilə qəbul edilib və ölkənin müstəqillik tarixində yeni bir mərhələ açıb.

Sovet dövründə Azərbaycan ilk dəfə 1921-ci il mayın 19-da Konstitusiya qəbul etmişdi. Sonrakı illərdə SSRİ-nin tərkibində Konstitusiya tez-tez dəyişərək yenilənib – 1925-ci və 1978-ci illərdə bunun bariz nümunələridir. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu məqsədilə tamamilə müstəqil və yeni Konstitusiya layihəsi hazırlanıb.

1994-cü ildən etibarən Prezident Heydər Əliyevin rəhbərliyi altında Konstitusiya komissiyası fəaliyyətə başlayır və nəticədə yeni layihə 1995-ci ildə ümumxalq müzakirəsinə təqdim olunur. Sonda, 12 noyabr tarixində keçirilən referendumda vətəndaşların əksəriyyətinin dəstəyi ilə müasir Konstitusiya qəbul olunub.

Ana qanun 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir və dövrün tələblərinə uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə bir sıra dəyişiklik və əlavələr edilib. Konstitusiyanın qəbul olunduğu tarix – 12 noyabr, 1996-cı ildən etibarən ölkədə rəsmi olaraq Konstitusiya Günü kimi qeyd olunur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər