Azərbaycanda bu ilin ilk altı ayı ərzində yeni doğulan körpələrə verilmiş qeyri-adi adlar məlum olub.
Daylinews-az.com xəbər verir ki, oğlan uşaqları arasında ən çox qoyulan ad “Uğur” (802 dəfə), qız uşaqları arasında isə “Zəhra” (533 dəfə) olub.
Qəribə adlar siyahısında diqqət çəkən nümunələr:
- “Koroğlu” və “Alaz” – hər biri 2 uşağa
- “Əsğər” – 4 uşağa
- “Həkimə” – 5 uşağa
- “Çilənay” – 3 uşağa
Bundan əlavə, yalnız 1 uşağa verilən nadir adlar da mövcuddur:
- Qız və oğlan adları: Dağlar, Alay, Ayala, Ayat, Bircəgül, Gülan, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Xədicat, Xilqət, Xosaxan, Qəribəli
Ötən il verilmiş qeyri-adi adlardan bəziləri:
- Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Almagül, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə
Bunlardan Badam və Binəli adları 2 uşağa, Tarif isə 3 uşağa verilib.
Adların bir qismi qədim türk mənşəli, bəziləri isə orijinal yaradılmış, hətta coğrafi və dini mənşəli sözlərdən ilhamlanaraq seçilib. Bu, ölkədə fərqli və yadda qalan adlara marağın artdığını göstərir.





