Azərbaycanda hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.
Daylinews-az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində 24 fevral günorta saatlarına qədər sabit olmayan hava şəraitinin davam edəcəyini bildirib. Bəzi yerlərdə yağıntılar, o cümlədən yağış, sulu qar və qar gözlənilir.
21 fevral gecə və səhər saatlarında Bakı və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan qar yağacağı və fırtına ehtimalı olduğu proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntılar daha da güclənə bilər. 22 fevralın birinci yarısında isə yağıntıların tədricən dayanacağı gözlənilir.
Hava Temperaturu:
- Bakı və Abşeron yarımadası: 0-3 dərəcə şaxta
- Aran rayonları: 0-5 dərəcə şaxta
- Dağətəyi rayonlar: 5-10 dərəcə şaxta
- Dağlıq rayonlar: 10-15 dərəcə şaxta
- Yüksək dağlıq ərazilər: 15-20 dərəcə şaxta
Proqnozlaşdırılan qarlı və şaxtalı hava səbəbindən bəzi yollarda buzlanma müşahidə oluna bilər. Sürücülər və piyadalar ehtiyatlı olmalıdır.





