EvŞou-biznesSumqayıtda toydakı dava məhkəməlik oldu: Müğənni ilə məclis sahibi arasında qalmaqal –...

Sumqayıtda toydakı dava məhkəməlik oldu: Müğənni ilə məclis sahibi arasında qalmaqal – xəsarət alan var

Sumqayıt şəhərində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində müğənni Kəmalə Günəşli (əsl adı Kəmalə Ələsgər qızı Mirzəyeva) ilə məclis sahibi arasında ciddi mübahisə və fiziki qarşıdurma baş verib.

Daylinews-az.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Nizami küçəsində yerləşən həmin şadlıq sarayında qeydə alınıb.

İddiaya görə, toy sahibi V.Mikayılova oğlunun sünnət mərasimi üçün müğənni ilə razılaşıb və 4 saatlıq çıxışa görə 4 min manat ödəniş edəcəyini bildirib. Gələcək əməkdaşlığın təsdiqi kimi, prodüserlə ilkin əlaqə saxlayaraq elektron ödəniş yolu ilə 300 manat beh də göndərilib.

Müqaviləyə uyğun olaraq müğənni məclisə vaxtında gəlib. Lakin toyun gedişində V.Mikayılova ifalardan narazı qalıb. O, Kəmalə Günəşlinin fonoqramla oxuduğunu və əvvəlcədən istənilən mahnıların səsləndirilmədiyini əsas gətirərək, qalan məbləği ödəməkdən imtina edib.

Bu iradlar tərəflər arasında gərginliyə səbəb olub. Müğənni səhnədən mikrofonla məclis sahibinə qarşı təhqiramiz ifadələr səsləndirib və onu digər qonaqların gözü qarşısında alçaldıb. Gərginlik fiziki münaqişəyə çevrilib.

İddialara görə, K.Günəşli masadakı içki bakalını götürərək toy sahibinə atıb. Lakin bakal onun yaxın qohumlarından birinin – gənc bir oğlanın üzünə dəyib və həmin şəxs xəsarət alıb.

Hadisə ilə bağlı hər iki tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Müğənni müqaviləyə əsasən vəd edilən ödənişi tələb edir. Məclis sahibi isə sənətçini xuliqanlıqda və qonağa xəsarət yetirməkdə ittiham edir.

Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər