EvDünyaBakıda π-Puppid ulduz yağışını izləmək mümkün olacaq

Bakıda π-Puppid ulduz yağışını izləmək mümkün olacaq

Daylinews-Az xəbər verir ki, 15–28 aprel tarixləri arasında Yer kürəsinin sakinləri nadir astronomik hadisəni – π-Puppid meteorit axınını müşahidə edə biləcəklər. Bu ulduz yağışının pik nöqtəsi 23 aprelə təsadüf edir.

Bu meteorit axını 1972-ci ildə kəşf edilmiş 26P/Grigg–Skjellerup adlı kometa ilə əlaqələndirilir. Axın adını isə onun radian nöqtəsinin yerləşdiyi Puppis (Korma) bürcündən alıb. Yəni, müşahidə zamanı meteoritlərin sanki bu bürcdən gəldiyi təəssüratı yaranır.

Tarixdə π-Puppid: ən parlaq illər və yenidən aktivlik ehtimalı

  • 1977 və 1982-ci illərdə π-Puppid axını özünün ən yüksək aktivliyini göstərmişdi — saatda təxminən 40 meteorit müşahidə olunmuşdu.
  • 1983-cü ildə bu göstərici 13 meteoritə düşmüş, sonrakı illərdə isə axın fasilələrlə zəif aktivliklə müşahidə olunub.
  • Bu il isə astronomlar aktivliyin artacağını istisna etmir.

Meteoritlərin Yer atmosferinə daxil olarkən sürəti təxminən 18 km/saniyə təşkil edəcək. Bu toz hissəcikləri atmosferdə yanaraq bizə “axan ulduzlar” kimi görünən parlaq işıqlar yaradırlar.

Bakı sakinləri üçün müşahidə şansı

π-Puppid axını Bakı sakinləri tərəfindən 19:30–20:00 aralığında, cənub-qərb istiqamətində, üfüq xəttinə yaxın yüksəklikdə müşahidə edilə bilər. Lakin qeyd olunur ki, bu ulduz yağışı ən yaxşı Cənub yarımkürəsində görünəcək.

Meteorit axınları — Yer kürəsinin kometanın arxasında buraxdığı toz və buz hissəcikləri buluduna daxil olması nəticəsində yaranır. Həmin hissəciklər atmosferdə yanaraq gözqamaşdırıcı ulduz yağışı effektini yaradır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər