Bakının Nərimanov rayonu daha bir məşhur restoranla vidalaşır. Söhbət “Xal-Xal” restoranından gedir. Daylinews-az.com xəbər verir ki, obyektin sökülməsi yol infrastrukturunun yenilənməsi ilə bağlıdır.
Restoranın yerləşdiyi ərazi — Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsi — yaxın vaxtlarda yenidən qurulacaq. Buradakı dairəvi yol aradan qaldırılacaq və onun yerində avtomobil tuneli ilə yanaşı, əlavə yol çəkiləcək. Bu addım ərazidəki avtomobil sıxlığını azaltmaq məqsədi daşıyır.
Qeyd edək ki, eyni səbəbdən daha əvvəl “Şəki” restoranı da sökülmüşdü.





