EvİdmanUFC Bakı turnirinə gələcək ulduz qonaqlar açıqlandı

UFC Bakı turnirinə gələcək ulduz qonaqlar açıqlandı

İyunun 21-də Baku Crystal Hall-da baş tutacaq ilk UFC turniri böyük maraq doğurur. Turnirin fəxri qonaqları artıq bəlli olub. Daylinews-az.com xəbər verir ki, tədbirə UFC-nin superyüngül çəki dərəcəsində çempionu, gürcü döyüşçü Mərab Dvalişvili və keçmiş yarımyüngül çəki çempionu, amerikalı döyüşçü Belal Məhəmməd fəxri qonaq qismində qatılacaqlar.

Gecənin əsas qarşılaşmaları

Turnirin əsas döyüşü keçmiş UFC yarım-ağır çəki çempionu Camal Hill ilə sabiq titul iddiaçısı Halil Rauntree arasında olacaq. Koh-headliner isə yüngül çəkidə keçiriləcək: Azərbaycanlı döyüşçü Rəfael Fiziyev rinqə Çilidən olan İqnasio Baxamondes ilə çıxacaq.

Turnirin digər maraqlı qarşılaşmalarında Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də iştirak edəcək. Onlar müvafiq olaraq braziliyalı Nikolaz Motta və qırğız döyüşçü Mıqtıbek Orolbay ilə üz-üzə gələcəklər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər