Bakının mərkəzində yerləşən Dənizkənarı Milli Park ərazisində sudan bir şəxsin meyiti çıxarılıb. Hadisə ilə bağlı rəsmi məlumat Fövqəladə Hallar Nazirliyindən (FHN) daxil olub.
Daylinews-az.com xəbər verir ki, FHN-in “112” qaynar xəttinə Bakı bulvarı ərazisində sudan insan meyitinin çıxarılmasına dair kömək tələbi daxil olub.
Müraciət əsasında hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Su Nəqliyyatında Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib. Hadisənin detalları və şəxsiyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.





