EvMədəniyyətBakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” keçiriləcək

Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək

Dekabrın 5-dən 11-dək Bakıda ilk dəfə olaraq “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” adlı genişmiqyaslı tədbir təşkil olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Tədbir nazirlik ilə İƏT-in birgə təşəbbüsü ilə keçiriləcək və Azərbaycanın beynəlxalq mədəniyyət sferasındakı rolunun artmasını, habelə bölgədə multikulturalizm, dialoq və qarşılıqlı əməkdaşlıq ənənələrinin təşviqini vurğulayacaq.

Festivalın əsas məqsədləri sırasında mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyin təbliği yer alır. Bundan başqa, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı əməkdaşlıq şəbəkələrinin qurulması və yaradıcı sənaye sektorlarının qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi də nəzərdə tutulub.

Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonaq qatılacaq. Onlar arasında dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənayelərin mütəxəssisləri olacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər