Sabahdan başlayaraq yanvarın 23-dək Bakının Nizami rayonunda içməli suyun verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin Böyük Şəhərlərin Su Təchizatı üzrə Birgə Xidmətindən verilən məlumata görə, bu qərar su kəmərində həyata keçiriləcək kompleks təmir işləri ilə əlaqədardır.





