Evİdman“Barselona” ilə “Real” arasında uçurum: Ən çox oxunan klub saytları – SİYAHI

“Barselona” ilə “Real” arasında uçurum: Ən çox oxunan klub saytları – SİYAHI

Dünyanın ən çox oxunan futbol klub saytlarının siyahısı açıqlanıb.

Daylinews-az.com-in məlumatına görə, 2023/24 mövsümünün nəticələrinə əsasən, analitiklər ən çox oxunan klub saytlarını müəyyən ediblər. Siyahıda birinci yeri İspaniyanın “Real Madrid” klubu tutub. Klubun rəsmi saytı mövsüm ərzində 68 milyon unikal izləyiciyə çatıb, bu da yeni rekord kimi qeyd olunub. Əvvəlki mövsümlə müqayisədə bu rəqəm 2 faiz artıb.

“Real Madrid” orta aylıq 8,9 milyon baxışla da bütün rəqiblərini geridə qoyub. “Liverpul” ikinci, “Mançester Yunayted” isə üçüncü yerdə qərarlaşıb. “Barselona” isə rəqibi “Real Madrid”dən təxminən 2,8 dəfə geri qalaraq səkkizinci sırada yer alıb.

Ən çox oxunan klub saytları (orta aylıq baxış):

  1. Real Madrid – 8,9 milyon
  2. Liverpul – 8,2 milyon
  3. Mançester Yunayted – 6,9 milyon
  4. Arsenal – 6,4 milyon
  5. Bavariya – 5,4 milyon
  6. Çelsi – 4,7 milyon
  7. Mançester Siti – 3,5 milyon
  8. Barselona – 3,2 milyon
  9. PSJ – 2,0 milyon
  10. Milan – 1,7 milyon

Qeyd edək ki, “Real Madrid” ardıcıl olaraq 8-ci mövsümdə də birinci yeri tutub.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər