21 avqust tarixində Azərbaycanın bütün ərazisində pensiyaların tam ödənişi və ödənişlərin başa çatdırılması nəzərdə tutulub. Daylinews-az.com-un məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.
Qeyd olunub ki, həmin gün həmçinin güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərə də ödənişlər həyata keçiriləcək.





