Norveçli qrossmeyster, dünya şahmat səhnəsinin tanınmış siması Maqnus Karlsen yaxın zamanda ata olacağını elan edib. Bu barədə Daylinews-Az məlumat yayıb.
Şahmatçı bu xəbəri şəxsi sosial media hesablarında bölüşüb. O, həyat yoldaşının şəkilini paylaşaraq, aşağıdakı qeydi əlavə edib: “Möhtəşəm hamilə həyat yoldaşım.” Qeyd edək ki, Karlsen 2025-ci ilin əvvəlində Ella adlı xanımla ailə həyatı qurub.
Qısa bioqrafiya: şahmat əfsanəsi
Maqnus Karlsen 2004-cü ildə, cəmi 13 yaşında qrossmeyster adını qazanaraq dünya rekorduna imza atıb. O, 2013–2023-cü illər arasında dünya çempionu olmuş, sonuncu titul matçında rusiyalı Yan Nepomnyaşini vaxtından əvvəl məğlub etdikdən sonra isə şahmat tacını müdafiə etməyəcəyini açıqlayıb.
Karlsen e-idmanda da aktivdir
2024-cü ilin fevralında Karlsen kiberidman dünyasına qoşularaq rəsmi olaraq e-idman komandasının üzvü olmuşdu. Bu, onun idman karyerasını fərqli formatlarda davam etdirdiyini göstərir.






