EvSiyasətƏrdoğan Qəzzada atəşkəs razılaşmasından məmnunluğunu ifadə edib

Ərdoğan Qəzzada atəşkəs razılaşmasından məmnunluğunu ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə HƏMAS və İsrail nümayəndələri arasında aparılan danışıqlar nəticəsində Qəzzada əldə olunan atəşkəs razılaşmasını yüksək qiymətləndirib və bundan məmnunluq duyduğunu bildirib. Türkiyə lideri fikirlərini “X” sosial media platformasında bölüşərək, razılaşmanın əldə edilməsində Türkiyənin də önəmli rol oynamasını vurğulayıb.

R.T. Ərdoğan qeyd edib ki, Şarm Əl-Şeyxdə baş tutan danışıqlarda göstərilən siyasi iradəni yüksək qiymətləndirir və ABŞ Prezidenti Donald Trampın, eləcə də razılaşmanın həyata keçirilməsinə dəstək olan Qətər və Misirin səmimi münasibətinə təşəkkür edir.

Türkiyə Prezidenti razılaşmanın bütün müddəalarının icrasını diqqətlə izləyəcəyini və prosesdə fəal iştirakını davam etdirəcəyini bildirmişdir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər