Qış mövsümü immunitetin zəiflədiyi, virus və soyuqdəymə hallarının artdığı dövrdür. Bu baxımdan C vitamini ilə zəngin qidalar orqanizmin müdafiə sistemini gücləndirmək üçün ən effektiv vasitələrdən sayılır. Bədən bu vitamini özü sintez etmir və ehtiyat toplaya bilmir, buna görə gündəlik qida rasionunda C vitamininin payı xüsusilə vacibdir.
C vitamininin təsiri: maksimum fayda üçün qaydalar
Mütəxəssislər bildirir ki, bu vitamini qida əlavələrindən deyil, təbii qidalardan almaq daha səmərəlidir. Çünki meyvə və tərəvəzlərdəki fitonutrientlər C vitamininin mənimsənilməsini xeyli artırır.
Üstəlik, təzə və mövsümi məhsullar dərinin vəziyyətinə də müsbət təsir edir. C vitamininin ən vacib funksiyaları arasında immuniteti gücləndirmək, hüceyrələrin qocalmasını ləngitmək, dəmirin sorulmasını yaxşılaşdırmaq və qan dövranına müsbət təsir göstərmək yer alır.
Bundan əlavə, bağ toxumalarının sağlamlığını dəstəkləyir, yaraların sağalmasını sürətləndirir və sinir sistemi üçün mühüm hormonların sintezində iştirak edir. Vitaminin təsirinin azalmaması üçün bu məhsulların çoxunu xam şəkildə və ya minimal bişirərək yemək tövsiyə olunur. Çünki yüksək temperaturda C vitamini tez parçalanır.
C vitamini ilə ən zəngin 12 qida
Aşağıdakı məhsullar gündəlik menyunuza əlavə etməklə immun sisteminizi əhəmiyyətli dərəcədə gücləndirə bilərsiniz:
- Acı bibər — 100 q-da 229 mq. Salatlara və isti yeməklərə əlavə etmək üçün ideal.
- Şirin bibər — 166 mq. Təzə qəlyanaltı və salatlar üçün mükəmməldir.
- Qara qarağat və digər giləmeyvələr — 180 mq. Yoqurt, smuzi və ya yüngül qəlyanaltı kimi.
- Rukola — 110 mq. Salat və yaşıl smuzilərdə istifadə olunur.
- Ispanaq — 54 mq. Yorğunluğa qarşı əla təbii mənbə.
- Aysberq və digər yarpaqlı salatlar — 59 mq. Gündəlik menyuya rahat daxil olur.
- Qvava — 228 mq. Güclü antiviral və antioksidant təsirə malikdir.
- Keil (kələmin bir növü) — 120 mq. Şirə, salat və smuzilər üçün uyğundur.
- Kivi — 85 mq. Tərkibində kalsium və kalium da var, həzmi yaxşılaşdırır.
- Portağal və digər sitrus növləri — təxminən 75 mq. Şirəni sıxdıqdan dərhal sonra içmək daha faydalıdır.
- Brokoli — 89 mq. Xam salatlarda və ya buxarda yüngül bişirərək istifadə edin.
- Brüssel kələmi — 85 mq. Salat üçün nazik doğramaq və ya çiy yemək tövsiyə olunur.
Bu məhsullar C vitamininin gündəlik tələbatını ödəmək üçün təhlükəsiz, təbii və effektiv yoldur.





