Olimpiya çempionu Hidayət Heydaroğlu (73 kq) cüdoçular arasında ən yüksək reytinqə sahib olan ikinci idmançı olaraq qalır.
Daylinews-az.com xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi cədvəlində kişilər və qadınlar arasında dünya reytinginin liderləri göstərilib.
Azərbaycanlı cüdoçunun cari reytinqi 6544 xaldır və o, kişilər arasında ən yüksək nəticəyə sahibdir. Heydaroğlu bu cədvəldə yalnız Olimpiya çempionu Krista Dequçi (Kanada, 7300) ilə müqayisədə ikinci yerdədir. Üçüncü sırada isə ikiqat Olimpiya mükafatçısı Amandin Buşar (6200) qərarlaşıb.
Digər bir Olimpiya çempionumuz Zelim Kocoyev (100 kq) 6046 xalla beşinci yerdədir.





